Bu gün Tiranada (Albaniya) güləş üzrə yeniyetmələr arasında (U-17) Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın yeddinci günündə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar.
Azərbaycan güləşçiləri daha beş mükafat qazana bilərlər.
Cəfər Cəfərov (45 kq) və Camal Abbasov (60 kq) final, Seyhun Əlizadə (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) bürünc uğrunda görüşləri keçirəcəklər.
Hazırda Azərbaycanın ümumilikdə üç qızıl, bir gümüş və altı bürünc mükafatı var.