Argentina millisinin sabiq hücumçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən təcili xəstəxanaya yerləşdirilib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 40 yaşlı veteran gecəni xəstəxanada keçirib.
Hazırda Tevesin durumunun qənaətbəxş olduğu və yerləşdirildiyi məkanda bir neçə müayinədən keçəcəyi bildirilib.
Qeyd edək ki, Teves "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus"dakı çıxışı ilə daha çox yadda qalıb.