UEFA Konfrans Liqasının 3-cü təsnifat mrəhələsinin ilk oyunları çərçivəsində Xorvatiyada "Zirə" ilə heç-heçə edən (1:1) "Osiyek"in baş məşqçisi Federiko Koppitelli oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sportske novosti" onun sözlərini belə çatdırıb:
"Oyuna biz nəzarət edirdik. Səhvə yol verdiyimiz üçün qələbədən olduq. Rəqibin əl-qol açmasına imkan vermir, hücumçularını nəzarətdə saxlayırdıq. Amma səhvlərdən nəticə çıxara-çıxara böyüməliyik. Öz oyun üslubumuzdan əl çəkmədik. Müəyyən vaxtda meydanda yorğun oyunçularımızın sayı çox oldu. Düzü, məndən soruşsaydılar ki, "Zirə" qol vura biləcək, "yox" cavabı verərdim".
Xatırladaq ki, tərəflərin cavab qarşılaşması avqustun 15-də, "Dalğa Arena"da keçiriləcək.
Nihat