Vüsal Əliyev yeni işinin icrasına başlayır. Fanat.az хəbər verir ki, sabiq FIFA referisi bundan sonra hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Əliyev artıq ilk təyinatını alıb. O, Premyer Liqanın II turunun "Rəvan" - "Qarabağ" matçının hakim-inspektoru olacaq. Sabah baş tutacaq görüşü Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev və Xəlil Xəlilovdan ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Vüsal Əliyev 1970-ci ilin 14 sentyabrında dünyaya gəlib. 2002-2015-ci illərdə Azərbaycan Premyer Liqasında hakimlik edən referi 2005-2013-cü illərdə beynəlхalq dərəcəli hakim statusu daşıyıb.
Fanat.az