Premyer Liqanın III turu çərəçivəsində baş tutacaq "Neftçi" - "Sumqayıt" matçının başlama saatında növbəti dəfə dəyişiklik edilib. Fanat.az хəbər verir ki, sabah baş tutacaq qarşılaşma hava şəraitinin buludlu və tutqun olması səbəbindən saat 18.30-da, yoх, 18.15-də başlayacaq.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu əvvəlcə avqustun 23-ü saat 21.00-a təyin olunmuşdu. Amma "Bakcell Arena" stadionu təmirə bağlandığından qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna keçirilmiş və başlama saatı 18.30-da dəyişdirilmişdi.
Fanat.az