Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq.
Fanat.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, bütün biletlər satışda olacaq. Biletlərin qiyməti 1-15 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manat olacaq.
Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.
Fanat.az