"Sumqayıt"ın baş məşqçisi Samir Abbasov Rumıniyanın "Voluntari" klubu ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Antalyada ikinci yoxlama oyunumuza çıxdıq. Fiziki göstəriciləri yüksək olan bir komandaya qarşı oynadıq. Maraqlı qarşılaşma oldu. Əvvəlki yoxlama oyununda iki heyət oynatsam da, bu qarşılaşmada cəmi 3 dəyişikliyə əl atdım. Düşünürəm ki, növbəti iki yoxlama oyunundan sonra komanda tam hazır vəziyyətə gələcək".
Fanat.az