"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər. Fanat.Az xəbər verir ki, bu barədə footballgazeta.com saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "DÇ-2018"ə qatılmağı bacarmayan komandanın baş məşqçisi Andrey Şevçenkonun istefaya göndərilmək ehtimalı çoxdu. Həmçinin onun yerinə əsas namizədin Roman Qriqorçuk olduğu vurğulanıb. Digər namizədlər isə Miron Markeviç və Viktor Skripnikdi.
Fanat.Az