Yığmamızın baş məşqçisi Robert Prosineçki daha bir təklif alıb. Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Xorvat həmkarlarımız iddia edir ki, Prosineçki Bosniya və Herseqovina millisindən təklif alıb. Millimizlə müqaviləsi dekabrda başa çatacaq 48 yaşlı mütəxəssisin daha öncə Sloveniya millisindən təklif aldığı iddia edilmişdi.
Qeyd edək ki, Bosniya və Herseqovina millisində "Qarabağ"ın qapıçısı İbrahim Şehiç çıxış edir.
Fanat.Az