"Bizi çətin oyun gözləyir. Bu barədə baş məşqçiylə tam razıyam".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Atletiko" ilə səfər oyunu öncəsi deyib.
O bildirib ki, Madrid klubu ilə Bakıdakı matç da çətin olub: "Fikrimcə, burdakı qarşılaşma da bu cəhətdən fərqlənməyəcək. Əlimizdən gələni edəcəyik ki, burdan yaxşı nəticə ilə ayrılaq”.
Fanat.Az