Topaz Premyer Liqasında XI turun təqvimi bəllidi.
Fanat.Az xəbər verir ki, oyunlar iki günü əhatə edəcək.
Noyabrın 10-da paytaxtda iki duel reallaşacaq. "Sabah” "Səbail”i, "Neftçi” isə "Zirə”ni qəbul edəcək. Turun mərkəzi qarşılaşması - "Qəbələ” – "Qarabağ” görüşü ertəsi gün baş tutacaq. Qapanış matçında isə yeni çalışdırıcısı Tərlan Əhmədovla zəfər axtaran "Keşlə” Sumqayıtda sözünü deməyə çalışacaq.
Topaz Premyer Liqası
XI tur
10 noyabr
17:30. "Sabah” – "Səbail”
19:30. "Neftçi” – "Zirə”
11 noyabr
17:30. "Qəbələ” – "Qarabağ”
19:30. "Sumqayıt” – "Keşlə”
Fanat.Az