21:58 18.02.2019 1897

Ofsayda düşən hakimlər

İlqar Tağıyev

Bir neçə gün əvvəl, daha dəqiq fevralın 1-də AFFA-nın saytında belə bir xəbər dərc olundu: «AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına 1 hakimin təyin olunması barədə qərar qəbul edib. Qərar Beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub. Xatırladaq ki, indiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 hakim idarə edirdi».

Bir qədər ətraflı… AFFA-nın təşkil etdiyi liqalar yaş qruplarına görə 3 hissəyə bölünür. 10-11 yaşlı futbolçulardan təşkil olunmuş komandalar arasında oyunlar standart futbol meydanının təxminən 1/4-də (meydanın uzunluğu 45-50 m, eni 30-32 m) 7 nəfərlə, 12-13 yaşlılardan təşkil olunmuş komandaların çempionatında isə matçlar meydanın yarısında (meydanın uzunluğu 60-65 m, eni 45-50 m) 9 nəfərlə keçirilir. U-14 Liqasından etibarən isə hər şey böyük futbolda olduğu kimidir. U-10 və U-11 liqalarında oyundankənar vəziyyət yoxdur və matçları 1 hakim idarə edir. Normal! U-12 və U-13 liqalarında isə əsanaməyə görə ofsayd qeydə alınır və… Hakimlər Komitəsinin fevralın 1-də verdiyi qərara kimi oyunları 2 hakim idarə edirdi. Bu, sözügedən liqaların əsasnaməsində də öz əksini tapmışdı. Hakimlər futzalda olduğu kimi yan xətlərdə dayanmaqla həm ofsayda nəzarət edirdilər, həm də bir növ baş hakim funksiyasını yerinə yetirirdilər. Məlum qərardan sonra isə onlardan biri ixtisara salındı. Bu halda ortaya sual çıxır – 1 hakimlə oyundankənar vəziyyəti necə müəyyən etmək olar?

2 il əvvəl hələ Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri vəzifəsində olanda aşağı yaş liqalarda tək hakimliyə keçmək barədə düşünülürdü. Səbəb beynəlxalq oyun qaydaları ilə deyil, hakimlərin qonorarı ilə bağlı idi. Liqalarda baş hakim yan xətt hakimlərindən 2 dəfə çox qonorar alır. Laysmanları ləğv etməklə maliyyəyə sərfiyyatını 2 dəfə azaltmaq nəzərdə tutulurdu. O vaxt Xaqani Məmmədovla söhbət zamanı futzalda olduğu kimi 2 hakimli sistemə keçməyi təklif etmişdik. Bu halda həm oyunlarda ofsaydla bağlı problemlər ortaya çıxmayacaqdı, həm də baş hakimin aldığı qonorar laysmanlar arasıda bölünməklə pula yenə də qənaət ediləcəkdi. Komitənin eks-sədri təklifimizin keçərli olmadığını söyləsə də, sonradan məhz oyunların 2 hakimlə idarə olunması barədə qərar verildi. 



Bu ilki qərar isə sırf maliyyə ilə deyil, guya Beynəlxalq Oyun Qaydalarının tələbləri ilə əlaqələndirilir. Bir qədər araşdırma apardıq və məlum oldu ki, qonşu dövlətlərin əksəriyyətində aşağı yaşlılar arasında keçirilən yarışlarda normalda olduğu kimi oynları 3 hakim idarə edir – 1 referi və 2 laysman. Üstəlik, bəzi ölkələrin birinciliklərində ümumiyyətlə, 11-12 yaşlılar arasında oyunlar bütöv meydanda keçirilir. Burada mübahisə etməyi lazım bilmirik. Hər bir ölkənin futbol başbilənləri fərqli düşünürlər və hərə öz yarışkeçirmə sistemini daha effektli hesab edir. Loru dildə desək, heç kim öz ayranına turş demir. Araşdırma zamanı oyunların 1 hakimlə keçirildiyi ölkələrə də rast gəldik. Onlardan biri Avstriya oldu! Hakimlər Komitəsinin yeni sədri Frits Stuxlikin vətəni. Avstriyada 13 yaşlıların 2 oyununun videoyazısını izlədim. Hər iki oyun bütöv meydanda oynanılırdı və matçı 1 hakim idarə edirdi. Görünür, komitə sədri beynəlxalq oyun qaydalarını deyəndə Avstriyanı nəzərdə tutur. Əgər həqiqətən Beynəlxalq Oyun Qaydalarında belə bir şey varsa, o halda Hakimlər Komitəsi bir qədər tələsik addım atıb. Azından, bu qərarı cari birinciliklər başa çatandan sonra vermək olardı. Üstəlik, ofsaydı ləğv etməklə. Amma ofsaydsız futbol olarmı? Ofsayd ləğv ediləcəyi təqdirdə əsasnamə pozulmuş olacaqdı. İndiki halda da əsasnamə pozulub. Çünki orada oyunları 2 hakimin idarə edəcəyi göstərilib və əsasnəmadə heç bir dəyişiklik edilməyib. 

Artıq, 11-12 yaşlıların birinciliklərində ilk mərhələ başa çatıb və daha yaxşı nəticə göstərən komandalar pley-off mərhələsində medallar uğrunda mübarizəyə başlayacaqlar. Deməli, oyunlar «ağırlaşacaq». Çətin və daha əhəmiyyətli matçlarda tək hakimin ofsaydla bağlı verdiyi qərarlarda şübhəsiz ki, tez-tez yanlışlıqlar olacaq. Təkcə ofsaydlamı? Cərimə, sərbəst, künc zərbələri, əvəzetmələr zamanı da hakimliklə bağlı istər-istəməz problemlər ortaya çıxacaq. Bunlarsa öz növbəsində haqlı narazılıqların yaranmasına gətirib çıxaracaq. «Söyülən və döyülən» isə Stuxlik deyil, «kontrabasda tək qalmış» zavallı hakimlər olacaq. O ki qaldı hakimlərin beynəlxalq təcrübələrinin artmasına… Bəhanədi! Nə vaxtdan «Dalğa Arena»da oyun idarə etməklə beynəlxalq təcrübə artır?

"Het-trik news" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X