"Yuventus" "Real"ın Miralem Pyaniçə təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, Turin klubu 86 milyon avroluq təkliflə razılaşmayıb. "Yuventus" bosniya və herseqovinalı yarımmüdafiəçiyə görə 100 milyon avro tələb edib.
İtaliya klubu 28 yaşlı futbolçu ilə yeni müqavilə bağlamaq və maaşını artırmaq istəyir.
Qeyd edək ki, 2016-cı ildə "Roma"dan 32 milyon avroya transfer olunan Pyaniçin "Yuventus"la 2023-cü ilədək müqaviləsi var.
Fanat.Az