"Arsenal"dan ayrıldıqdan sonra işsiz qalan Arsen Venger Liqa 1-də çalışa bilər.
"France Football"a istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis "Nitsa" ilə danışıqlar aparır. Fransa klubu onunla müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 20178/18 mövsümünün sonunda tərk edib. Hazırda "Nitsa"nın baş məşqçisi "Arsenal"ın sabiq futbolçusu Patrik Vieyradı. O, 1996-cı ildən 2005-ci ilədək Arsen Vengerin rəhbərliyi altında London təmsilçisinin formasını geyinib.
Fanat.Az