İtaliya A Seriyasında V tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, "İnter" ötən gün "Latsio"nu qəbul edib. Milan klubu Danilo D'Ambrosionun 23-cü dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
"İnter" bu qələbə sayəsində bir gün əvvəl "Yuventus"a təhvil verdiyi birinci pilləni geri alıb. Milan klubunun 13, Turin təmsilçisinin 13 xalı var. "Latsio" isə 7 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.Az