"Beşiktaş" klubunda oktyabrın 20-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, hazırda bu posta 3 namizəd var. Prezidentlik uğrunda Ahmet Nur Çebi, Serdal Adalı və Hürser Tekinoktay mübarizə aparacaq.
Bundan başqa günün sonunadək İsmail Ünal və Melih Arslanın da namizədliyini irəli sürəcəyi deyilir.
Qeyd edək ki, hazırkı prezident Fikret Orman namizəd olmayacağını açıqlayıb.
Fanat.Az