UEFA Türkiyə milli komandasının "AVRO-2020”nin Albaniyaya qarşı matçındankı (1:0) əsgər salamı ilə bağlı araşdırma aparacağı ilə bağlı iddialara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat katibi Filipp Taunsend açıqlama verib.
"Mən bu hərəkətdə hər hansı bir təxribat görmədim. UEFA qaydalarına görə siyasəti və dini futbola qatmaq qadağandırmı? Bəli və mən təminat verə bilərəm ki, biz bu məsələni araşdıracağıq” deyə Filipp Taunsend İtaliyanın ANSA agentliyinə bildirib.
Türkiyə mediası isə məlumat yayıb ki, UEFA bu məsələ ilə bağlı araşdırma aparmayacağını bəyan edib: "Xarici mediada UEFA nümayəndəsinə istinadən yayılan şərhlər həqiqəti əsk etdirmir".
Qeyd edək ki, Türkiyə - Albaniya matçının 90-cı dəqiqəsində Cenk Tosunun qələbə qolundan sonra türk futbolçular Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.
Fanat.Az