Moskva "Spartak”ının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Domeniko Tedesko çalışdıracaq. 34 yaşlı italiyalı mütəxəssis bu vəzifədə bir neçə gün əvvə istefaya göndərilən Oleq Kononovu əvəzləyib. Müqavilə müddəti ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Tedesko son olaraq "Şalke”ni çalışdırıb. O, Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted”ə 0:7 məğlubiyyətdən sonra işini itirib.
Fanat.Az