Topaz Premyer Liqasının XV turunun ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı futbolçusu "Neftçi"nin braziliyalı oyunçusu Bruno Bertuççi olub.
Ötən tur “Xəzər Lənkəran” topa sahib olmada, dəqiq ötürmələrdə, topa yiyələnməkdə və rəqibi aldadıcı hərəkətlə keçməkdə bütün komandalardan üstün olub. XV turda rəqib qapısına ən çox zərbə endirən və hücumlar təşkil edən “Neftçi”di. Paytaxt təmsilçisinin futbolçuları təkbətək mübarizələrdə də uğurlu olsalar da, digər komandalarla müqayisədə ən çox top itkisinə yol veriblər.
Rəqib qapısına ən çox zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına ən çox dəqiq ötürmə verən isə Alvaro Silvadı (Xəzər Lənkəran). Hava mübarizələrində Yannik Kamanan (Qəbələ) hamıdan yaxşı olub. “Sumqayıt”lı Mirzağa Hüseynpur isə oyun ərzində ən çox top itikisinə yol verən futbolçudu.
Fanat.az