Azərbaycan Kubokunun 1/8 finalo mərhələsinin oyunlarını 11550 nəfər canlı izləyib. Bu isə hər oyuna orta hesabla 1443 nəfər deməkdi.
Ən çox azarkeş "Araz" - "Simurq" oyununa toplaşıb. Naxçıvanda keçirilən və Muxtar Respublika təmsilçisinin mərhəldə adladığı qarşılaşmanı 6000 nəfər izləyib. "Araz"ın 1/16 finalda "Ağsu" ilə baş tutan oyununa 3000 nəfər toplaşmışdı.
Lənkəranda da baş tutan "Xəzər Lənkəran" - "Neftçala" oyununda 3500 azarkeş qeydə alınıb. Qalan 6 oyunda isə 500-dən aşağı azarkeş qeydə alınıb.
Araz - Simurq (6000 tamaşaçı)
Xəzər Lənkəran - Neftçala (3500 tamaşaçı)
Mil-Muğan - Qəbələ (500 tamaşaçı)
Neftçi - Kəpəz (450 tamaşaçı)
İnter - Şuşa (400 tamaşaçı)
Bakı - Sumqayıt (300 tamaşaçı)
Qarabağ - AZAL (200 tamaşaçı)
Qaradağ - Rəvan (200 tamaşaçı)
Qeyd edək ki, turnirin 1/16 final mərhələsinin 4 oyununu 3700 nəfər (orta hesabla 925) izləyib. Ümumilikdə Azərbaycan Kubokunun cari mövsümünün 12 oyununda stadionlara 15250 nəfər (orta hesabla 1270) toplaşıb.
Fanat.az