Premyer Liqanın XVI turunda "Sumqayıt" "Bakı"nı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında 6-cı qarşalışma olacaq.
Bundan əvvəlki 5 matçın 3-də "Bakı", 1-də "Sumqayıt" qələbə qazanıb. 1 qarşılaşmada qalib müəyyənləşməyib. Sumqayıtda baş tutan əvvəlki matçlar eyni - 1:0 hesabı ilə nəticələnib. Ümumiyyətlə bu komandaların 5 oyunundan 4-də bu hesab qeydə alınıb.
Qeyd edək ki, bu komandalar dünən Azərbaycan Kubokunun 1/8 final mərhələsində qarşılaşıb. Həmin matçda "Bakı" 2:1 hesablı qələbə qazanıb.
Sumqayıt (Sumqayıt) - Bakı (Bakı)
+1=1-3, top fərqi 2-4
16.10.2011 | Sumqayıt Şəhər - Bakı | 0:1 |
15.12.2011 | Bakı - Sumqayıt Şəhər | 1:0 |
30.09.2012 | Sumqayıt - Bakı | 1:0 |
10.02.2013 | Bakı - Sumqayıt | 1:1 |
28.09.2013 | Bakı - Sumqayıt | 1:0 |
Fanat.az