Gənc azərbaycanlı boksçular Ust-Kamenoqorskda (Qazaxıstan) keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Fanat.Az xəbər verir ki, Azərbaycanı təmsil edən 12 idmançımızdan 3-ü qızıl, 1-i gümüş, 4-ü bürünc medal qazanıb. 57 kiloqram çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Zaur Qəhrəmanov isə turnirin ən texnikalı boksçusu adına layiq görülərək xüsusi mükafat alıb.
Fanat.Az