Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə yığma karyerasını bitirib.
Fanat.Az-ın məlumatına görə, bu barədə "oxu.az" saytına 28 yaşlı idmançının özü məlumat verib.
O, qadınlardan ibarət boks millisində böyük məşqçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ən yaxşı dövrünü 2015-ci ildə keçirib.
Məmişzadə həmin il həm dünya çempionu olub, həm də I Avropa Oyunlarının qızıl medalını qazanıb. Bundan başqa, o, iki dəfə Avropa çempionatının mükafatçısı olub.
Fanat.Az