Ağır çəki dərəcəsində WBC versiyası üzrə çempion Tayson Fyuri iki döyüş sonra karyerasını bitirəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Fyuri Entoni Coşua ilə doyüşün onun üçün sonuncu olacağını bildirib:
"İki döyüşüm qalıb. Sonra karyeramın boksdan sonrakı mərhələsi barədə düşünəcəm. 31 döyüşdür ki, məğlub olmuram. 12 ildi professional boksla məşğulam... Nə qədər davam etmək olar?
Artıq ağır çəkidə dünya çempionu olmuşam. Kliçkonu məğlub etdikdən sonra bütün titulları qazandım. Düşünürəm ki, Coşua ilə döyüş mənim üçün sonuncu olacaq".
Fanat.Az