20:20 10.03.2020 1856

Harada olursansa, ol...

Tahir Süleymanov

Harada olursansa, ol, Vətənə, torpağa, xalqa bağlılıq qandan, ruhdan gəlir. Beyin hüceyrələrində olan sadəlik, ailə tərbiyəsi fantastik hisslər yaradır... Bu hisslər yoxdursa, nə Vətən, torpaq, millət sevgisi olmaz.

Ramil Şeydayev Kürdəmirə gedərək doğmaları ilə yanaşı, uşaqlarla da görüşüb, hətta yolüstü futbol da oynayıb. Rayonda, kənddə olduğu vaxtını, böyüklü-kiçikli görüşdüyü insanları Moskvanın, Bakının dəbdəbəli restoranlarına, gecə klublarına da dəyişə, sərf edə bilərdi.

Gəncdir, cavandır, çoxları belə edir...
Ramil isə çoxlarından deyil, elə istedadı, oynadığı futbolu kimi... Deməli, tək bu keyfiyyətlər deyilmiş, ən qiymətlisi, yüksəkdə olanı, dəyərlisi də varmış. İnsanlıq zirvəsinin dərinliyindən keçən sadəlik-kamillik deməkdir!

Fikirləşə bilinər ki, nə var ki, burda? İnsan kəndə gedib, doğmaları ilə görüşüb. Dərin düşündükdə, Ramil Şeydayev bölgədə balaca uşaqlarda bir ümid çırağı yandırıb, sabaha inam yaradıb, təbii mesaj verib: "Siz də böyük futbol oynaya, yaşayış, futbol bataqlığından çıxa bilərsiz"...

Ramil Şeydayevlə şəxsi tanışlığımız yoxdur. Belə futbolçularla çalışmaq, uğur qazanmaq hər zaman zövq verir. Vətənpərvər, məğlub psixologiyanı yaxına buraxmayan, qalib, pozitiv ruhları ilə yanaşı sadəliyi, insanlığı üst səviyyədə olan futbolçular heç də çox deyil...

Hər zaman digər millətlərdən olan futbolçular nümunə gətirilir, azərbaycanlı futbolçular çox vaxt qınanılır, hətta bəzi hallarda lağa qoyulur.
Günahın faiz dərəcəsinin çoxluğu elə futbolçuların özlərində olur. Ramil Şeydayev kimi istisnalar təəssüf ki, çox azdır...

O, bu baxımdan yaşına uyğun olmayan bir nümunədir. Vətənpərvərlik, torpağa, millətə bağlılıq, sadəlik nümunəsi! Bu yaşında, "Kürdəmirdə komanda olsa, kömək edərəm" deyir... Bu günə kimi neçə imkanlı, üzdə olan futbolçumuz belə çıxış edib?!

Kürdəmirdə futbol olub. Hətta "Şirvan"ın heyətində "legionerlər" də çıxış edib. Vaxtilə bölgədə böyük hərbi hissə yerləşirdi. SSRİ dönəmində digər respublikalardan xidmət çəkənlər arasında ara-sıra futbolçular da olurdu. Ən yaxşıları komandaya cəlb edilirdi...

Bu gün futbol cavabdehlərinin illərdi etmədiyini Ramil Şeydayev öz səmimiyyəti ilə etdi. Bu, bir əyani çağırışıdır... San-Peterburqda böyüyən, Rusiyanı qarış-qarış gəzib dolaşan, futbolunu oynayan gəncin Vətən, torpaq, xalqla bir olmaq sevgisi. Şərait yaradılsa, Kürdəmirdən, bölgələrdən neçə-neçə şeydayevlər çıxa bilər...

Ramil öz gəncliyi ilə atdığı addımın dərinliyini hələ tam dərk etmir. Heç öz sadəliyi ilə bunları düşünmür də. Saf torpağa - saf ruhu çəkib aparır... Dəyər vermək, nümunə göstərmək, təbliğ etmək futbol ictimaiyyətində olanların ən azından mənəvi borcudur...

Yaşından asılı olmayaraq yaxşılar nümunə göstəriləndə, maarifləndirmə, düzgün yol da təbliğ edilir, mənəvi dəyərlər möhkəmlənir, uşaq, yeniyetmə, gənclər bu yöndə ictimai tərbiyə alır. İndiki dövrdə, bu, çox aktual, bəlkə də bir nömrəli məsələdir...

Ramil Şeydayev üçün həyatda asan olmayacaq. Elə futbolda daxili ruhunun, Vətən sevgisinin səsinə qulaq asdığı üçün enişli-yoxuşlu karyera yaşayır. Vətənpərvərliyi, dürüstlüyü, səmimiyyəti, sadəliyi olan insanlar ölkədə çox da sevilmir. Tarixən belə olub. Elə futbolda olduğu kimi...

İnanaq ki, Ramil Şeydayevin "Sabah"da keçdiyi müvəqqəti yol, işıqlı sabahların başlanğıcıdır... Bu da növbəti bir imtahandır. Ramil yaşına uyğun olmayan belə sınaqlardan çox keçib artıq...

Onun ruhu çox yüksəklərdədir... Həqiqi yüksəklikdə olanların qələbə ruhu heç vaxt tükənmir. Zaman onları öz düşüncələri ilə sınaqlardan keçirib zirvələrə daşıyır. Onların öz qoruyucusu var. Tanrı əsgərləri heç vaxt məğlub olmurlar!
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X