İtaliya çempionatının oyunları koronvirus epidemiyasının yayılması səbəbindən rəsmi olaraq dayandırılıb.
Fanat.Az xəbər verir ki, İtaliya A Seriyasının tvitter səhifəsində bu barədə məlumat yerləşdirilib:
"A Seriyası rəsmi olaraq dayandırıldı. Çempionata müəyyən müddət fasilə veriləcək, amma biz mütləq qayıdacağıq. Hər şey yaxşı olacaq".
Daha əvvəl İtaliya A Seriyasının bəzi oyunları boş tribunalar önündə keçirilmişdi.
Liqa rəhbərliyinin mövsümün sonu ilə bağlı müxtəlif variantları nəzərdən keçirdiyi bildirilir. Onların sırasında çempionun turnir cədvəlinin hazırkı vəziyyətinə uyğun müəyyənləşdirilməsi və pley-off formatından istifadə edilməsi ehtimalı ön plana çıxır.
Fanat.Az