"Arsenal”ın baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Paytaxt komandası bildirib ki, klubun bazası bağlanıb və son zamanlar ispan mütəxəssislə təmasda olmuş əməkdaşlar karantinə yerləşdirilib. Klubun məşqçi qərargahının yerləşdiyi yerlərdə dezinfeksiya işləri görüləcək və Arteta ilə təmasda olmayanlar yaxın vaxtlarda öz vəzifələrinin icrasına qayıdacaqlar.
"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi də koronavirusa yoluxub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yaxın vaxtlarda 20 yaşlı hücumçu ilə təmasda olanlar karantinə alınacaq. Bunlara ilk olaraq komandanın əsas heyəti, məşqçilər və klubda çalışanlar daxildir. İngiltərəli oyunçu ilə əlaqəsi olmayan şəxslərin yaxın günlərdə işə qayıdacağı gözlənilir. Klub futbolçunun sağalmasını arzulayır və onun tezliklə komandaya qoşulacağını gözləyir.
Fanat.Az