"Valensiya"da oyunçular və işçilər arasında genişmiqyaslı koronavirus infeksiyası aşkarlanıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, əsas komandanın 10 futbolçusu və 15 personal üzvü koronavirusa yoluxub. "Valensiya" məxfiliyi qorumaq üçün onların adlarını açıqlamır.
Daha əvvəl "yarasalar"ın üç oyunçusu - Esekiel Qaray, Eliakim Manqalya və Xose Qayya ilə yanaşı, iki əməkdaşının koronavirusdan əziyyət çəkdiyi bəlli olmuşdu.
Qeyd edək ki, təkcə son sutka ərzində İspaniyada 769 nəfər koronavirusdan dünyasını dəyişib.
Fanat.Az