Zlatan İbrahimoviç mövsümün sonunda "Milan"ı tərk edəcək.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İbrahimoviç klub rəhbərliyindəki dəyişikliklərə görə məyusdu. Həmçinin isveçli futbolçu baş direktor İvan Qazidisin işindən də narazıdı. Bu səbəbdən onun "Milan"dan ayrılacağı gözlənilir.
Zvonimir Boban - Paolo Maldini tandemi İbrahimoviçin ətrafında komanda qurmaq niyyətində idi. Lakin Boban bir müddət əvvəl "Milan"dan ayrıldı, Maldininin isə yaxın vaxtlarda "rossonerilər"i tərk edəcəyi bildirilir.
38 yaşlı hücumçu qışda azad agent kimi "Milan"a keçmişdi.
Fanat.Az