Koronavirus səbəbindən Prtuqaliyanın Madeyra adalarında karantində olan Kriştianu Ronaldu Rafael Maçedu adlı yerli siyasətçinin hədəfinə çevirilib.
Fanat.Az xəbər verir ki, buna səbəb ulduz futbolçunun sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə Funşal şəhərində yürüşə çıxması olub.
Həmin fotonu paylaşan Rafael Maçedu "İtaliyadan gələn o heyvanın evdə qalmasını istəyirəm. Bu axmağı Madeyradan qovun" deyib.
Lakin siyasətçi daha sonra açıqlama yayaraq bu fikirləri təkzib edib: "Sosial media hesabım "hack" edilib. Ronaldumuz haqqında belə sözləri heç vaxt demərəm. Ronaldu və ailəsindən üzr istəyirəm. İndi bütün şifrələrimi dəyişdirəcəm".
Fanat.Az