Professorlar - Jan-Pol Mira və Kamil Loht Fransanın LCI telekanalının efirində koronavirusdan qorunma vasitəsi kimi BCG vərəm peyvəndinin Afrikada sınaqdan keçirilməsi təklifini irəli sürüblər.
Fanat.Az xəbər verir ki, bu təklif "Barselona"nın sabiq hücumçusu Samuel Eto’Onun sərt reaksiyasına səbəb olub. Kamerunlu futbolçu instaqram hesabında məsələyə münasibət bildirib:
"Nəcisdən heç bir fərqiniz yoxdu. Afrika sizin ata-baba mülkünüz deyil".
Fanat.Az