Professorlar - Jan-Pol Mira və Kamil Loht Fransanın LCI telekanalının efirində koronavirusdan qorunma vasitəsi kimi BCG vərəm peyvəndinin Afrikada sınaqdan keçirilməsi təklifini irəli sürüblər.
Fanat.Az xəbər verir ki, "Çelsi"nin sabiq hücumçusu Didye Droqba bu təklifə kəskin etirazını bildirib. Kot-d'ivuarlı futbolçu tvitter hesabında yazıb:
"Hələ də buna necə dözdüyümüzü başa düşə bilmirəm. Afrika sınaq laboratoriyası deyil. Açıq şəkildə bu təhqiramiz, yanlış və irqçi fikirləri qınamaq istərdim.
Dünya iqtisadiyyatına zərbə vuran və insanların sağlamlığını təhlükə altında qoyan virusdan xilas olmalıyıq. Afrikalılar sizin üçün donuz deyillər. Bu, iyrənclikdi.
Afrika liderləri öz millətlərini bu qorxunc konspirasiyadan qorumalıdılar. Bu məsələyə görə onlar məsuliyyət daşıyırlar. Allah bizi qorusun!"
Daha əvvəl Samuel Eto’O professorların fikirlərinə sərt reaksiya vermişdi.
Fanat.Az