Premyer Liqada çıxış edən futbolçular koronavirus pandemiyası ilə mübarizədə İngiltərə Milli Səhiyyə Xidmətinə yardım etmək məqsədi ilə fond yaratdıqlarını bəyan ediblər.
Fanat.Az xəbər verir ki, oyunçular sosial mediada #PlayersTogether heşteqi ilə bəyanatı paylaşıblar. Bildirilir ki, fond koronavirusla mübarizəyə dəstək, o cümlədən həkimlərin və xəstələrin rifahının yaxşılaşdırılması üçün vəsait ayıracaq. Futbolçuların bəyanatında bu addımın sırf onların təşəbbüsü olduğu, klub və liqa nümayəndələri ilə heç bir əlaqənin olmadığı qeyd olunub.
İdeyanın təşəbbüskarı "Liverpul"un kapitanı Cordan Hendersondu.
Fanat.Az