Koronavirus pandemiyası daha bir turnirin keçirilməsinə mane olub.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Çempionlar Kuboku ləğv olunub. Turnir təşkilatçılarının yaydığı bəyanatda qeyd edilib:
"Oyunçuların, personalın, azarkeşlərin və matçlarımızda iştirak edən hamının sağlamlığı hər şeydən önəmlidi. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının məlum olmaması, həmçinin Avropa futbolunun təqvimindəki mövcud qeyri-müəyyənlik səbəbindən bu yay Beynəlxalq Çempionlar Kubokunun keçirilməsi mümkünsüzdü".
Beynəlxalq Çempionlar Kuboku dünyanın aparıcı klublarının iştirakı ilə yay aylarında keçirilən yoldaşlıq turniridi.
Fanat.Az