PSJ-nin ulduzu Kilian Mbappenin "Real"a transferi koronavirus pandemiyası səbəbindən reallaşmayıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə PSJ və Fransa millisinin sabiq üzvü Jerom Roten açıqlama verib.
Rotenə inansaq, pandemiyadan əvvəl Mbappenin "Real"a transferi baş tutmalıymış. Amma son anda keçid reallaşmayıb: "Klubdakı etibarlı mənbədən öyrəndim. Koronavirusdan öncə Mbappenin "Real"a keçidi baş tutmaq üzrə imiş".
Keçmiş futbolçu transferin pandemiya dönəmi başa çatan kimi həyata keçiriləcəyini iddia edib.
Qeyd edək ki, Mbappe 2019/20 mövsümündə çıxdığı 33 matçda 30 qol vurub və 17 məhsuldar ötürmə edib.
Fanat.Az