Braziliyanın "Quarani" klubunun müdafiəçisi Tyaqo Kortes faciəvi şəkildə dünyasını dəyişib.
Fanat.Az "Quarani"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə 13 apreldə baş verib. Bu yaxınlarda diz zədəsini sağaldan Tyaqo fizioterapiya kursu üçün xəstəxanaya yollanıb. 22 yaşlı futbolçu prosedur zamanı özünü pis hiss edib və vəfat edib.
Ölümün dəqiq səbəbləri barədə məlumat verilmir.
Fanat.Az