İspaniya Futbol Federasiyası La Liqanın gələcəyi ilə bağlı planları müzakirə etmək üçün iclas keçirib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, iclasda çempionat ləğv olunacağı təqdirdə hansı klubların İspaniyanı avrokuboklarda təmsil edəcəyinə dair qərar qəbul olunub. Primeronu davam etdirmək mümkün olmasa, ilk dörd pillənin sahibləri - "Barselona", "Real", "Sevilya" və "Real Sosyedad" Çempionlar Liqasına vəsiqə qazanacaqlar.
"Xetafe", "Atletiko" və kubokun finalçısı "Atletik"in isə Avropa Liqasında oynaya biləcəyi qeyd olunub.
La Liqa koronavirus pandemiyası səbəbindən dayandırılıb.
Fanat.Az