"Yuventus"dan zədələnmədən öncəki performansı ilə bütün diqqətləri üzərinə çəkən Merih Demirala daha bir klub elçi düşüb.
Fanat.Az İtaliyanın "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, PSJ türk ulduzu heyətinə qatmaq istəyr.
Xəbərdə bildirilir ki, Paris klubu Merihi kapitan Tyaqo Silvanın mövqeyinə transfer etmək niyyətindədi. Fransızların bu transfer üçün kifayət qədər böyük büdcə ayırdığı bildirilir.
Qeyd edək ki, "Yuventus" bundan əvvəl Merih üçün "Milan"ın 40 milyon avroluq təklifini rədd etmişdi. 22 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Turin klubunun heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az