İngiltərə Premyer Liqası koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün davamı ilə bağlı islahatlar hazırlayır.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, çempionatın qalan hissəsində komandalara hər matçda 5 əvəzetmə imkanı verilə bilər. Bu, oyunların mümkün qədər tez keçiriləcəyi periodda futbolçuların yüklənməsinin və zədələnməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş addımdı.
Təklif FIFA-dan gəlib. Hazırda İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın futbol qurumları məsələ ilə bağlı müzakirələr aparırlar.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol