"Nyukasl" "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinonun xidmətində maraqlıdı.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Poçettino bir şərtlə "Nyukasl"da çalışmağa razılıq verə bilər. Bunun üçün "sağsağanlar" hazırda "Bavariya"da icarə əsasında çıxış edən, "Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyunu transfer etməlidi.
"Nyukasl" hələ də rəsmi olaraq Mayk Eşliyə məxsusdu. Yaxın günlərdə o, klubu 300 milyon funt (342,7 milyon avro) qarşılığında Səudiyyə Ərəbistanı tax-tacının vəliəhdi Məhəmməd ibn Salmanın idarə etdiyi suveren fonduna satmağa razılıq vermişdi. Premyer Liqa rəhbərliyi hələlik bu razılaşmanı təsdiqləməyib.
Cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxan Koutinyonun aktivində 8 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol