Almaniya Bundesliqası 15 mayda bərpa oluna bilər.
Fanat.Az "Reuters"ə istinadən xəbər verir ki, sabah kansler Angela Merkel koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı konfrans keçirəcək. İclasda ölkə çempionatının 15 mayda başlaması da müzakirəyə çıxarılacaq. Mənbənin iddiasına görə, səlahiyyətlilər təhlükəsizlik tədbirləri görüldükdən sonra matçların boş tribunalar önündə oynanılmasına icazə verməkdə qərarlıdılar.
Almaniyada koronavirusa yoluxanların sayı 166 mini keçib. Ölkədə 7 minə yaxın insan COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol