"Tottenhem"in vingeri Son Hın Min Çedjudo adasındakı dəniz donanmasında 3 həftəlik məcburi hərbi xidmətini yerinə yetirir.
Fanat.Az xəbər verir ki, Cənubi Koreyanın "Renhap" agentliyi Son Hın Minin yeni fotolarını yayıb.
27 yaşlı futbolçu xidməti ərzində gözyaşardıcı qaza qarşı mübarizə üsullarını, o cümlədən silahla atəş açmağı öyrənir və uzun səfərlərdə iştirak edir.
Cənubi Koreya qanunlarına görə, 28 yaşına çatmış hər kəs hərbi xidmətini tamamlamalıdı. Son millinin heyətində 2018-ci il Asiya Oyunlarının qalibi olduğu üçün 21 aylıq hərbi xidmətdən azad edilmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol