"Golden Boy Promotions" təşkilatının rəhbəri, əfsanəvi boksçu Oskar De La Hoya Konor Makqreqoru döyüşə çağırdığına dair yayılan xəbərləri təkzib edib.
Fanat.Az xəbər verir ki, De La Hoya tvitter hesabındakı paylaşımında qeyd edib:
"Makqreqor, mən sənə çağırış etməmişəm. Sadəcə, mənə sual ünvanlandı və cavabımda həqiqəti dedim".
Amerikalı boksçu öncəki tvitlərindən birində Konoru məğlub etmək üçün iki raunda ehtiyacı olduğunu vurğulamışdı: "İki raund... Haydı, qardaş. Cəmi iki raunda ehtiyacım var. Sadəcə, mənim bir özəlliyim var: rinqə qarşımdakını öldürmək üçün çıxıram. Oktaqonda Konora heyranam. Ona hörmətlə yanaşıram. Konoru izləməyi həmişə sevmişəm. Amma boks rinqi tamamilə fərqli mövzudu".
Makqreqor cavabında döyüşə hazır olduğunu bildirmişdi: "Çağırışını qəbul edirəm, Oskar De La Hoya".
Fanat.Az