Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges superulduzun futbolkasını auksionda satacaq.
Fanat.Az xəbər verir ki, əldə edilən gəlir COVİD-19-la mübarizə üçün İspaniyadakı xəstəxanalara veriləcək.
Corcina "Instagram”da belə yazıb: "Dəhşətli günlər yaşayırıq. Xəstəxanalar, həkimlər, tibb bacıları və koronavirusa yoluxmuş xəstələrin köməyə ehtiyacı var. Gözəl bir paltarı və "Yuventus”un futbolkasını satışa çıxarmaq istəyirəm. Kriştianu Ronaldunun imza atdığı formadan və auksiona çıxaracağım paltardan qazandığım pulun hamısı İspaniyadakı xəstəxanalara veriləcək”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol