PSJ-nin superulduzu Neymarın şəxsiyyət vəsiqəsini oğurlayıblar.
Fanat.Az UOL-a istinadən xəbər verir ki, oğurluqda məqsəd hücumçunun adından istifadə edərək işsizlərin dövlət dəstəyi almasına yardım göstərmək olub. Mənbə oyunçunun bundan xəbəri olmadığını və yalnız mətbuatda gedən informasiyadan sonra bildiyini vurğulayıb.
Oğrunun kimliyi haqda məlumat verilməyib.
Qeyd edək ki, Fransa çempionatı vaxtından əvvəl başa çatdırılıb və PSJ çempion elan edilib. Paris təmsilçisində 15 oyun keçirən Neymar isə 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol