Kilian Mbappe PSJ-ni tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" xəbər yayıb. Məlumata görə, 22 yaşlı hücumçu növbəti yay komandadan ayrılacağı ilə bağl Paris təmsilçisinin rəhbərliyini xəbardar edib.
Klub fransalı forvardı 300 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil. Mbappe mövsüm ərzində 16-20 milyon avro maaş almaq istəyir.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. 2017-ci ildən komandada çıxış edən və 3 dəfə ölkə çempionu olan oyunçu 124 matça 90 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol