"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan Madrid təmsilçisini tərk edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı qapıçı azad agent statusu ilə "Rayo Valyekano"ya keçib. Qolkiper 2 illik müqaviləyə imza atıb.
"Real"ın əsas komandasına 2019-cu ildə götürülən Luka ötən mövsümü icarə əsasında "Rasinq"də keçirmişdi. O, Sequnda təmsilçisində 33 matça çıxmış, 42 top buraxmışdı.
Zinəddin Zidanın 4 oğlu var və hamısı futbolçudu. Əlcəzair əsilli fransalı çalışdırıcının böyük oğlu Entso hazırda klubsuzdu.
Fanat.Az