Türkiyə Super Liqasında çıxış edən 4 böyük klubun borcu açıqlanıb.
Fanat.Az xəbər verir ki, ən çox borc "Fənərbağça"nın payına düşür. İstanbul klubunun ümumi borcu 5,2 milyard lirdə (1 milyard 121 milyon 640 min manat) borcu var.
İkinci yerdə qərarlaşan "Beşiktaş"ın ümumi borcu 3,33 milyard lirəyə (718 milyon 281 min manat) bərabərdi.
Digər İstanbul nəhəngi "Qalatasaray"ın ümumi borcu 3,3 milyard lirədi (711 milyon 810 min manat).
Türkiyənin 4-cü böyük klubu "Trabzonspor"un isə 1,25 milyard lirə (269 milyon 625 min manat) orcu var.
4 böyük klubun ümumi borcu 13.08 milyard lirəyə (2 milyard 821 milyon 356 min manat) çatır. 2012-ci ildə isə bu məbləğ 2 milyard lirə (indiki məzənnə ilə 431 milyon 400 min manat) olub.