"Mançester Siti"nin hücumçusu Serxio Aquero Argentina millisinin toplanışları zamanı eyni otaqda qaldığı Lionel Messidən danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" forvardın söylədiklərini belə çatdırıb:
"Biz qoca ər-arvad kimiyik. Leo dəhşətli dərəcədə deyingəndi. Həmişə televizoru söndürmədən yatıram. Onun səhərlər necə şikayətləndiyini eşitməyə dəyər. Otelə 19:30-da qayıtmışıqsa, şam yeməyi 21:00-da olacaqsa, o, dərhal duş qəbul edir və məni tələsdirməyə başlayır. Təbii ki, tələsməklə aram yoxdu. Ona görə də, adətən yeməyə gecikirik".
Fanat.Az