Ən bahalı gənc futbolçuların siyahısı açıqlanıb.
"Böyük beşlik” liqalarında çıxış edən 2000-ci illərdə anadan olmuş ən bahalı futbolçular açıqlanıb.
Fanat.Az xəbər verir ki, bununla bağlı CİES futbol observatoriyası araşdırma aparıb.
Araşdırmanın nəticələrinə görə, ən bahalı gənc futbolçu "Bavariya”nın üzvü Alfonso Devisdu. Kanadalı müdafiəçinin dəyəri 180,4 milyon avro təşkil edir.
Dortmund "Borussiya”sında çıxış edən igilis Ceydon Sançonun transfer qiyməti 125,6 milyon avrodu və ikinci yeri tutur.
İlk "üçlüy"ü "Barselona"lı Ansu Fati qapayır. ispaniyalı vunderkində 122,7 milyon avro qiymət qoyulub.
Dortmund "Borussiya”ın digər üzvü - norveçli Erlinq Haland 120,3 milyon avro ilə dördüncü olub.
Daha iki futbolçunun qiyməti 100 milyonu keçib. Bunlar "Mançester Yunayted”də oynayan Meyson Qrinvud (115,3) və "Mançester Siti”nin üzvü Ferran Torresdi (106,0).